Cəbhəyanı ərazilərdə top mərmisi, raket, bombacıqlar aşkarlandı

Cəbhəyanı ərazilərdə top mərmisi, raket, bombacıqlar aşkarlandı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonları və Mingəçevir şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərk
Qarabağ
27 Oktyabr , 2020 03:37
Cəbhəyanı ərazilərdə top mərmisi, raket, bombacıqlar aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonları və Mingəçevir şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 49 müraciət daxil olub.

ANAMA-dan “Report”a verilən məlumata görə, daxil olmuş 49 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Sarıcalı, Salmanbəyli kəndləri və Hindarx qəsəbəsi, Ağdam rayonunun Rzalar, Bəybabalar, Əhmədağalı və Eyvazlı kəndləri, Bərdə rayonunun Təhlə kəndi, Füzuli rayonunun Şükürbəyli, Alxanlı və Arayatlı kəndləri, Goranboy rayonunun Qaraçinar, Meşəli və Tapqaraqoyunlu kəndləri, Tərtər rayonunun Nizami, Axundov, M.Rəsulzadə, H.Cavid və T.Rəhimov küçələri, Mingəçevir şəhərininin Yeni Yaşayış massivi ərazisinə ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 45 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 152 mm-lik top mərmisi (OF-29), 1 ədəd 240 mm-lik raket (M24F), 5 ədəd 9N235 bombacığı, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 54 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən agentliyin partlayış qrupu tərəfindən 3 ədəd raket, 1 ədəd tank əleyhinə idarəolunmayan raket (PQ-7), 5 ədəd 9N235 bombacığı zərərsizləşdirilin və 1 ədəd top mərmisi zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 23 418 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi