Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer bu ay Rusiyaya səfər edəcək.
“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.
O bildirib ki, danışıqlar zamanı bir sıra regionlarda, o cümlədən Dağlıq Qarabağda baş verənlərlə bağlı fikir mübadiləsi aparılacaq.