"Bild"in redaktorundan ermənilərə müraciət: "Özünüzün yazıq qurban olduğunuzu söyləməyin"

"Bild"in redaktorundan ermənilərə müraciət: "Özünüzün yazıq qurban olduğunuzu söyləməyin" “Ciddi deyirəm, əziz ermənilər, mənə “etnik təmizləmələr” və “öz vətəninizi necə müdafiə etdiyiniz” barədə danışmağı dayandırın. Siz Azərbaycan ərazisində savaşırsınız və yüz minlərlə insanı oradan köçkün salıbsınız. Ağdam sizin törətdiyinizin ən gözəl nü
Qarabağ
3 Noyabr , 2020 16:27
Bildin redaktorundan ermənilərə müraciət: Özünüzün yazıq qurban olduğunuzu söyləməyin
Yulian Röpke
0 : 00
0 : 00

“Ciddi deyirəm, əziz ermənilər, mənə “etnik təmizləmələr” və “öz vətəninizi necə müdafiə etdiyiniz” barədə danışmağı dayandırın. Siz Azərbaycan ərazisində savaşırsınız və yüz minlərlə insanı oradan köçkün salmısınız. Ağdam sizin törətdiyiniz vəhşiliyin ən gözəl nümunəsidir”.

“Report” xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke Ağdamın işğalöncəsi və yeni görüntülərini paylaşaraq tvitterdə yazıb.

“Əlbəttə, bu, Qarabağdan heç bir erməni dinc sakinin qovulması üçün əsas deyil. Lakin mənə (və bütün dünyaya) özünüzün yazıq qurban olduğunuzu və “Azərbaycan terrorçularının” (müəllif ermənilərin təbirincə kinayə ilə vurğulayır – “Report”) sizə niyə hücum etməsini anlamadığınızı söyləməyin. Siz onların torpağında döyüşürsünüz. Bunun əksi deyil”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi