Dünya Bankı bu ildən etibarən fəaliyyətinin 45 %-ni iqlimlə bağlı məsələlərə yönəldir.
"Report" xəbər verir ki, bunu Dünya Bankının davamlı inkişaf üzrə vitse-prezidenti Yurgen Voegele (Juergen Voegele) COP29 çərçivəsində keçirilən "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, bunu 50 %-ə çatdırmaq hədəflənib: "Dünya Bankı Qrupunun digər mühüm elementi Beynəlxalq İnkişaf Assosiasiyasıdır (IDA). IDA ən yoxsul vəziyyətdə olan az inkişaf etmiş ölkələr üçün əlverişli şərtlərlə kreditlər və ya qrantlar təqdim edir. Hazırda biz bu assosiasiyanın yenilənməsi prosesindəyik və yenilənmə ilə IDA-nın hər 1 ABŞ dollarını 4 dəfəyə qədər artırmaq imkanı var".