Nazir müavini: "Yaşıl infrastruktur"u və "yaşıl ekosistem"i inkişaf etdirməyə məcburuq"

Nazir müavini: "Yaşıl infrastruktur"u və "yaşıl ekosistem"i inkişaf etdirməyə məcburuq" Azərbaycan "yaşıl infrasturkutur"u və "yaşıl ekosistem"i inkişaf etdirmək məcburiyyətindədir.
COP29
31 Oktyabr , 2024 11:28
Nazir müavini: Yaşıl infrastrukturu və yaşıl ekosistemi inkişaf etdirməyə məcburuq
Səməd Bəşirli

Azərbaycan "yaşıl infrastruktur"u və "yaşıl ekosistem"i inkişaf etdirmək məcburiyyətindədir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli təmsil etdiyi qurumun və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda təşkil edilən Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bildirib.

"Ölkəmizin rəqabət qabiliyyətliliyinin təmin edilməsi, xüsusilə koronavirus (COVID19) pandemiyasından sonra tədarük zəncirinin diversifikasiyası "yaşıl ekosistem"in inkişafı üçün daha böyük perspektivləri ortaya çıxarır. Bizim də növbəti illərdə əsas hədəfimiz bu istiqamətdə siyasət həyata keçirməkdir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi