Vladanka Andreyeva: "COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir"

Vladanka Andreyeva: "COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir" Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəlikləri barədə məlumatlandırılması üçün çox vacibdir.
COP29
16 May , 2024 12:47
Vladanka Andreyeva: COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəlikləri barədə məlumatlandırılması üçün çox vacibdir.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2024" beynəlxalq konfransının ikinci günündə deyib.

O bildirib ki, COP29-dan gözləntilər böyükdür: "Bu tədbir qlobal dünya üçün də vacib platformadır. Buraya, həmçinin iqlim konfransına qoşulan 195 ölkə üçün maliyyə hədəfinin razılaşdırılması, emissiyalarının azaldılmasındakı uğurları əks etdirən hesabatların qəbulu daxildir. Ümumiyyətlə biz karbon emissiyalarının azaldılması öhdəliyindən çox geri qalırıq. Bu da müzakirə olunmalı və həllini tapılması bir məsələdir".

Son xəbərlər

Orphus sistemi