Yaşıl Gömrük Fəaliyyət Planı ətraf mühitlə bağlı birgə addımlar atmağa imkan verir.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Tarif və ticarət məsələləri üzrə müvəqqəti direktoru Qael Qrubi (Gael Grooby) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Yaşıl Gömrüklər: Davamlı ticarətin asanlaşdırılması, innovasiya və standartlarla inkişafı" adlı tədbirdə deyib.
O bildirib ki, iki əvvəl yaradılan Yaşıl Gömrük Fəaliyyət Planı 3 əsas məsələyə diqqəti çəkir: "Birincisi, gömrük komitələri və ÜGT olaraq karbon emissiyalarının azaldılmasında rol oynamaq, ekoloji cəhətdən təmiz yanaşma qəbul etməkdir. İkinci məsələ sərhəddə ekoloji qanunların icrasını təmin etmək üçün ÜGT və gömrük orqanları olaraq konkret addımları müəyyən etmək, üçüncüsü isə gömrük orqanlarınınətraf mühitinə təsirini minimuma endirmək vı davamlı təcrübələri təşviq etmək üçün təlimatların təmin edilməsidir”.
O qeyd edib ki, bu kontekstdə əsas prioritetimiz sərhəddən keçən və ya çıxan hər şeyi dəqiq yoxlamaq və yalnız icazə verilən məhsulların hərəkətini təmin etməkdir.