Səfir: Pakistanla Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirməyə çalışacağıq

Səfir: Pakistanla Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirməyə çalışacağıq Pakistanın Baş naziri Şahbaz Şərif COP29-da iştirak etmək üçün Azərbaycana gəlmək niyyətindədir.
COP29
14 Avqust , 2024 09:35
Səfir: Pakistanla Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirməyə çalışacağıq

Pakistanın Baş naziri Şahbaz Şərif COP29-da iştirak etmək üçün Azərbaycana gəlmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Qasım Mohiuddin jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Pakistan təkcə birbaşa yox, həm də beynəlxalq təşkilatlar çərçivəsində güclü əməkdaşlığa malikdir.

Səfir daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana dövlət səfərindən söz açıb: "Pakistan-Azərbaycan dostluğu çox önəmlidir. Bu günlərdə Prezident İlham Əliyev Pakistana dövlət səfəri etdi. Ümid edirəm ki, Azərbaycanın Pakistandakı səfirliyi və eləcə də biz əlimizdən gələn hər şeyi edəcəyik ki, iqtisadiyyat, müdafiə, təhsil sahəsində əməkdaşlığı, həmçinin insanlarımız arasında əlaqəni daha da genişləndirək. Pakistan hər zaman Azərbaycanın yanında olub, xüsusilə də Qarabağ məsələsində. Pakistanla Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirməyə çalışacağıq".

Q.Mohiuddin Cammu və Kəşmirin Hindistan tərəfindən işğal olunduğunu xatırladıb: "Azərbaycanın bu məsələdə bizi dəstəkləməsi də çox önəmlidir".

Son xəbərlər

Orphus sistemi