2023-cü ildə Dünya Bankı "yaşıl rəqəmsal" sərmayələrin həcmini üç dəfə artırıb.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının Rəqəmsal Transformasiya üzrə vitse-prezidenti Sangbu Kim COP29 çərçivəsində keçirilən “Yaşıl rəqəmsal fəaliyyət” üzrə yüksək səviyyəli dəyirmi masada bildirib.
O, COP29 prezidentliyinin rəqəmsal texnologiyaların transformasiyasını iqlim tədbirləri üçün "yaşıl rəqəmsal" bəyannamədəki roluna görə yüksək qiymətləndirdiyini qeyd edib:
“Dünya Bankı, iqlim tədbirlərində inkişaf etməkdə olan ölkələrə dəstək verən ən böyük çoxtərəfli maliyyə təşkilatı kimi, rəqəmsal transformasiya sahəsində dayanıqlıq və inklüzivlik prinsiplərinə əsaslanaraq fəaliyyətlərini davam etdirir. Məsələn, Malavidə kollec kampuslarının, hava limanlarının və xəstəxanaların böhran vəziyyətlərində əlaqələrin kəsilməməsi üçün sistemlərin yaradılması üzrə layihələr həyata keçiririk. Dünya Bankı gələcəkdə bu dəstəyi artırmaqda qərarlıdır və "yaşıl rəqəmsal" bəyannamənin icrasına da hərtərəfli dəstək göstərəcək”.