Samir Rzayev: "Neftayırma zavodlarını LCAF istehsalına transformasiya etmək lazımdır"
- 20 noyabr, 2024
- 14:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Neftayırma zavodlarını bağlamaq əvəzinə onları aşağı karbonlu aviasiya yanacağı (LCAF) istehsalı üçün transformasiya etmək lazımdır.
"Report" xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezindeti Samir Rzayev COP29 çərçivəsində təşkil olunmuş “Beynəlxalq Aviasiya və iqlim dəyişikliyi" mövzusunda yüksək səviyyəli panel müzakirələrində bildirib.
"2023-dən 2050-ci ilə qədər aviasiya üçün gündəlik 7 milyon barel yanacaq tələb olunduğundan danışırıq. Əgər bunu LCAF-yə çevirsək, bu, gündəlik 1 milyon barel dayanıqlı aviasiya yanacağının (SAF) tətbiqinə bərabər olacaq. Hazırda biz proqnoz olaraq yalnız 600 min barel SAF-dan danışırıq. Əməkdaşlığın bir hissəsi kimi LCAF-a əhəmiyyətli diqqət yetirməliyik", - o vurğulayıb.