Qırğızıstan təbii fəlakətlərlə bağlı monitorinq mərkəzi yaradır

Qırğızıstan təbii fəlakətlərlə bağlı monitorinq mərkəzi yaradır İqlim dəyişikliyi davamlı inkişaf üçün ən ciddi təhdidlərdən birinə çevrilir.
COP29
20 Noyabr , 2024 16:32
Qırğızıstan təbii fəlakətlərlə bağlı monitorinq mərkəzi yaradır

İqlim dəyişikliyi davamlı inkişaf üçün ən ciddi təhdidlərdən birinə çevrilir.

“Report” xəbər verir ki, bunu Qırğızıstanın nəqliyyat və rabitə nazirinin müavini Bekzhan Rismendeev COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi nazirlik təbii fəlakətlərin müşahidəsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün monitorinq mərkəzi yaradır: "Bu səydə əsas vasitə Rəqəmsal Yol Xəritəsidir. Bu layihə məlumatların toplanması, təhlili üçün yeni sistemlərin inkişafı və inteqrasiyası üçün katalizator rolunu oynayır, Nəqliyyat və Rabitə Nazirliyinin mövcud avtomatlaşdırılmış xidmətlərini birləşdirir".

Nazir qeyd edib ki, vətəndaşlara əlverişli şərait yaratmaq üçün yol aktivlərinin idarə edilməsi sistemi, yolların istismarı və istismar xərclərinin planlaşdırılması üçün effektiv platforma tətbiq edirlir: "Sərnişinlərin daşınması üçün onlayn bilet bronlaşdırma veb xidməti istifadəyə verilib və eksperiment kimi elektron İcazə mübadiləsi sistemini tətbiq etməyə hazırlaşırıq".

"Bundan başqa, Çin-Qırğızıstan dəmiryolu xəttinin tikintisi layihəsi əsas infrastruktur və tikinti təşəbbüslərindən biridir. Layihə məsafə və çatdırılma müddətlərini azaltmaqla beynəlxalq tranzit bazarında rəqabət qabiliyyətini artıracaq. Bu layihənin həyata keçirilməsi Qırğızıstan iqtisadiyyatına müsbət sosial-iqtisadi təsir göstərəcək, əhaliyə nəqliyyat xidmətini əhəmiyyətli dərəcədə genişləndirəcək və nəqliyyat infrastrukturunun inkişafını yaxşılaşdıracaq. Bu layihə həmçinin Mərkəzi Asiya ölkələrinin nəqliyyat marşrutları ilə regional əlaqələri gücləndirəcək, beynəlxalq nəqliyyat və tranzit qovşağı kimi regionun rəqabət qabiliyyətini artıracaq. İlkin proqnoza görə, yeni yol Asiya, Şərqi Asiya və Orta Asiya və Cənubi Avropa arasında məsafəni təxminən 900 km qısaldacaq və çatdırılma müddətini 10 günə qədər azaldacaq", - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi