Pərviz Şahbazov: "Yaşıl enerji” potensialının artırılması kollektiv öhdəliklərin əsasını təşkil edir"

Pərviz Şahbazov: "Yaşıl enerji” potensialının artırılması kollektiv öhdəliklərin əsasını təşkil edir" 2030-cu ilədək bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması ilə bağlı götürülmüş öhdəliklər sadəcə bir meyar deyil, 1,5 dərəcə hədəfinə nail olunması üzrə kollektiv öhdəliyin əsasıdır.
COP29
11 Oktyabr , 2024 15:18
Pərviz Şahbazov: Yaşıl enerji” potensialının artırılması kollektiv öhdəliklərin əsasını təşkil edir
Pərviz Şahbazov

2030-cu ilədək bərpa olunan enerji potensialının 3 dəfə, enerji səmərəliliyinin isə 2 dəfə artırılması ilə bağlı götürülmüş öhdəliklər sadəcə bir meyar deyil, 1,5 dərəcə hədəfinə nail olunması üzrə kollektiv öhdəliyin əsasıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən panel sessiyasında deyib.

O qeyd edib ki, ötən il Azərbaycanda bərpa olunan enerji mənbələrinin gücü 373,6 meqavat artıb.

“Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji zonaları”nın yaradılması xalis sıfıra ümummilli keçidin əsasını təşkil edir. 2030-cu ilə qədər biz 7 giqavat “yaşıl enerji” istehsal etməyi planlaşdırırıq ki, bunun da 70 %-i ixrac ediləcək”, - energetika naziri bildirib.

P. Şahbazov vurğulayıb ki, Azərbaycan 3 “yaşıl” dəhlizin, o cümlədən “Black Sea Energy” sualtı elektrik kabeli layihəsinin yaradılmasının təşəbbüskarlarından biridir.

"Bu “yaşıl enerji” dəhlizləri daha geniş coğrafiyada - Mərkəzi Asiyadan Avropaya qədər “yaşıl enerji keçidi”nə mühüm töhfə verəcək", - o əlavə edib.

Nazir vurğulayıb ki, Azərbaycan dünyada enerji keçidinin sürətləndirilməsi prosesinə rəhbərlik etməklə yanaşı, həm də milli və regional miqyasda bərpa olunan enerji mənbələrinin potensialının artırılmasına kömək edən irimiqyaslı milli və transsərhəd layihələr həyata keçirir.

Son xəbərlər

Orphus sistemi