Pakistanlı fəal: COP29-da aparılan müzakirələrdən müsbət nəticələr əldə ediləcəyinə ümidliyik

Pakistanlı fəal: COP29-da aparılan müzakirələrdən müsbət nəticələr əldə ediləcəyinə ümidliyik COP29-da iqlim dəyişikliklərinin fəsadları ilə bağlı müzakirələr apararaq müsbət nəticələr əldə edəcəyimizə ümidliyik.
COP29
14 Noyabr , 2024 12:54
Pakistanlı fəal: COP29-da aparılan müzakirələrdən müsbət nəticələr əldə ediləcəyinə ümidliyik
Qeysər Nəvvab

COP29-da iqlim dəyişikliklərinin fəsadları ilə bağlı müzakirələr apararaq müsbət nəticələr əldə edəcəyimizə ümidliyik.

"Report" xəbər verir ki, bunu Pakistan Gənclər Hərəkatının lideri (QHT forumu) Qeysər Nəvvab jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, COP28 ölkəsi BƏƏ, COP29 ölkəsi Azərbaycan və COP30 ölkəsi Braziliya QHT-lərinin birgə tədbirinin təşkil olunması çox yaxşı təşəbbüsdür.

Q.Nəvvab müxtəlif ölkələrdən olan mütəxəssislərin bir araya gətirilməsini iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli addım kimi qiymətləndirib:

"Bu, həm də dünyanın müxtəlif yerlərindən ekspertləri bir araya gətirmək, vətəndaş cəmiyyətinin səsini bu mühüm platformaya çatdırmaq üçün əhəmiyyətli addımdır. Mən hesab edirəm ki, hamı iqlim dəyişikliyi ilə çox maraqlanır və düşünürəm ki, Azərbaycan buna ev sahibliyi etməklə böyük iş görüb".

Onun sözlərinə görə, Azərbaycanın qonaqpərvərliyi fenomenaldır və dadlı yeməkləri bütün dünyada məşhurdur:

"Dünyanın müxtəlif yerlərindən gələn bütün dostlarımı Azərbaycanın zəngin mədəniyyətini, Azərbaycanın ləzzətli yeməklərini və əlbəttə ki, musiqisini görməyə və təmiz düşüncə ilə müsbət və məhsuldar söhbət etməyə çağırıram.

Beləliklə, bu, müsbət bir şey gətirəcək və ümid edə bilərik ki, yaxın günlərdə ortaya konkret nəticə qoyulacaq. Azərbaycan sülh prosesini başladıb və bir sıra başqa təşəbbüslər də çoxşaxəli cəmiyyət üçün həyata keçirilib".

Son xəbərlər

Orphus sistemi