BMT-nin COP29-da iqlim üzrə yüksək səviyyəli lideri Nigar Arpadarai iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə qlobal əməkdaşlığa çağırıb.
"Report"un məlumatına görə, o, bunu COP29 çərçivəsində "İqlimə davamlı gələcəyin qurulması üçün fəaliyyətlərin sürətləndirilməsində vahid rəhbərlik" mövzusunda yüksək səviyyəli tədbirdə səsləndirib.
Onun sözlərinə görə, indi birgə fəaliyyət üçün ən yaxşı vaxtdır və biz bunu əldən verməməliyik.
"Əgər biz bu fürsətdən istifadə etməsək, dəyişiklik şansını əldən verəcəyik və ona can atmaq istəyini itirəcəyik. Biz buna yol verə bilmərik. Buna görə də mən iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə qlobal əməkdaşlığa və həmrəyliyə çağırıram və biz birləşməliyik. Bu, dünyanın müxtəlif yerlərində işimizdə bəzən çatışmayan cəhətdir. Lakin bəzən mən həqiqətən bu həmrəyliyi hiss edirəm", - deyə o bildirib.