Nigar Arpadarai: Özəl sektorun iqlim sektorunda iştirakı mühüm əhəmiyyət kəsb edir

Nigar Arpadarai: Özəl sektorun iqlim sektorunda iştirakı mühüm əhəmiyyət kəsb edir Cəmi bir neçə ay sonra Azərbaycan COP29-a ev sahibliyi edəcək.
COP29
17 May , 2024 10:20
Nigar Arpadarai: Özəl sektorun iqlim sektorunda iştirakı mühüm əhəmiyyət kəsb edir

Yaşıl iqtisadiyyata keçid üçün böyük maliyyə tələb olunur.

"Report" xəbər verir ki, bunu COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, COP prosesində qeyri-dövlət tərəfdaşlarla əlaqələr qurulmalı, körpü yaradılmalıdır:

"Özəl sektorla iş prioritetdir. İqlim dəyişikliyi ilə mübarizə, burada maliyyələşmə məsələlərini müzakirə etməliyik. Özəl sektorun İiqlim sektorunda iştirakı mühüm əhəmiyyət kəsb edir. Özəl şirkətləri daha məsuliyyətli olmağa çağırıram. Yaşıl iqtisadiyyata keçid üçün böyük maliyyə tələb olunur. Hökumət bunu təkbaşına edə bilməz. Həm dövlət, həm də özəl maliyyələşməni sürətləndirmək üçün innovativ maliyyəşmə sürətləndirilməlidir".

O vurğulayıb ki, bununla emissiyaların azaldılmasına nail oluna və gələcək nəsli iqlim dəyişikliyinin fəsadlarından qurtarmaq mümkün ola bilər.

Son xəbərlər

Orphus sistemi