Azərbaycan gəncləri “yaşıl gündəm” proseslərinə və iqlim dəyişikliyi problemlərinin həllinə fəal şəkildə cəlb etmək üçün BMT-nin İnkişaf Proqramı (UNDP) və Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıq edir.
Bu barədə “Report”a açıqlamasında COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova deyib.
O, gənclərin iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində mühüm rol oynadığını və Azərbaycanın məhz buna görə onları bu prosesə fəal şəkildə cəlb etməyə çalışdığını vurğulayıb.
L.Həsənova qeyd edib ki, gənclər region üçün yeni olan bu istiqamətə maraq göstərirlər.
“Yaşıl təşəbbüs” və iqlim dəyişmələri bütövlükdə regionumuz üçün yeni kontekstdir və hazırlıq intensiv şəkildə gedir. Gənclərin müzakirələrdə iştiraka can atması və iqlim dəyişmələri və onun fəsadlarının aradan qaldırılması ilə bağlı diskussiyaların mərkəzində olmaq istəməsi sevindirici haldır. Bu, həm COP29-un sədri kimi bizim, həm də ölkə və bütün region üçün vacibdir”, - o, sonda bildirib.