BMT-nin Ticarət və İnkişaf Təşkilatı (UNCTAD) İsveçrədə "COP29-un nəticələrinin yekunlaşdırılması" və COP30-a hazırlığa yönəlmiş "Gələcəyə baxış" adlı müzakirə təşkil edəcək.
“Report” xəbər verir ki, fevralın 7-də keçiriləcək tədbir nümayəndələrin Azərbaycanda 2024-cü ilin noyabrında keçirilən COP29-un nəticələri ilə hərtərəfli tanış olmasına, UNCTAD üçün prioritet istiqamətlərin işıqlandırılmasına, həmçinin Braziliyanın Belen şəhərində keçiriləcək COP30 ərəfəsində qarşıdakı fəaliyyətin müzakirəsinə yönəlib.
Müzakirələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov təmsil edəcəklər.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) 2025-ci il noyabrın 10-21-də Braziliyada keçiriləcək.