Fatih Birol: "III yüksək səviyyəli dialoq çərçivəsində IEA-nın məlumatları müzakirə ediləcək"

Fatih Birol: "III yüksək səviyyəli dialoq çərçivəsində IEA-nın məlumatları müzakirə ediləcək" Beynəlxalq Enerji Agentliyi (IEA) və COP29-un sədrliyinin təşkil etdiyi enerji keçidi üzrə üçüncü Yüksək Səviyyəli Dialoq bu gün Nyu-Yorkda BMT Baş Assambleyası və İqlim Həftəsi çərçivəsində keçiriləcək. Dialoqda əsas diqqət IEA-nın COP28 enerji hədəfləri
COP29
24 Sentyabr , 2024 15:12
Fatih Birol: III yüksək səviyyəli dialoq çərçivəsində IEA-nın məlumatları müzakirə ediləcək

Beynəlxalq Enerji Agentliyi (IEA) və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sədrliyinin təşkil etdiyi enerji keçidi üzrə üçüncü Yüksək Səviyyəli Dialoq bu gün Nyu-Yorkda BMT Baş Assambleyası və İqlim Həftəsi çərçivəsində keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə agentliyin rəhbəri Fatih Birol “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, dialoqda əsas diqqət IEA-nın COP28 enerji hədəflərinin həyata keçirilməsi haqqında hesabatının nəticələrinə yönələcək.

F.Birol vurğulayıb ki, bərpa olunan enerjinin üç dəfə artırılması və enerji səmərəliliyinin iki dəfə artırılması 2030-cu ilə qədər emissiyaları hazırkı səviyyələrlə müqayisədə 10 milyard ton azaldacaq: “Bu, dünyanın Parisdə razılaşdırılmış enerji sisteminə doğru yolun 2/3-ni keçməsinə imkan verəcək”.

“Əlverişli iqtisadi şərait, istehsal potensialı və siyasətlər sayəsində 2030-cu ilə qədər bərpa olunan enerjinin payının üç dəfə artırılması əldə edilə bilən bir hədəfdir”, - o bildirib.

Agentlik rəhbəri qeyd edib ki, bu onillikdə enerji səmərəliliyi sahəsində irəliləyiş tempinin iki dəfə artırılması da böyük əhəmiyyət kəsb edir: “Bu, enerji təhlükəsizliyini yaxşılaşdıracaq və enerjini daha əlçatan edəcək. Hökumətlər öz siyasətlərində səmərəliliyə daha çox nəzər yetirməlidirlər. Ölkədən ölkəyə dəyişən əsas tədbirlərin həyata keçirilməsinə daim diqqət yetirməyə ehtiyac var”.

Son xəbərlər

Orphus sistemi