Fatih Birol: "COP29 danışıqları “təmiz” enerjiyə investisiyaları artırmaq üçün bir yol tapmalıdır"

Fatih Birol: "COP29 danışıqları “təmiz” enerjiyə investisiyaları artırmaq üçün bir yol tapmalıdır" BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öncəsi qlobal danışıqlar, son 10 ildə dəyişməz qalan inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında “təmiz” enerji investisiyalarının payını artırmaq üçün
COP29
24 May , 2024 16:55
Fatih Birol: COP29 danışıqları “təmiz” enerjiyə investisiyaları artırmaq üçün bir yol tapmalıdır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öncəsi qlobal danışıqlar, son 10 ildə dəyişməz qalan inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında “təmiz” enerji investisiyalarının payını artırmaq üçün bir yol tapmalıdır.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

O vurğulayıb ki, yoxsul ölkələrə qlobal istiləşmə ilə mübarizə aparmaq üçün maliyyələşdirmənin artırılması və bu vəsaitlərin onlar arasında necə bölüşdürüləcəyi ilə bağlı müzakirələr hələ də davam edir:

“Noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində ölkələr iqlim proqramlarının illik maliyyələşdirilməsinin yeni məqsədinin təfərrüatlarını hazırlayırlar. Bu da ehtimal edilir ki, ən azı yüz milyard dollar təşkil edəcək. Mövzu BMT sammitlərində mübahisələrə səbəb oldu, çünki 2009-cu ildə yoxsul ölkələrə 2020-ci ilə qədər ildə 100 milyard ABŞ dolları ayırmaq üçün təyin edilmiş əvvəlki iqlim maliyyəsi hədəfi yalnız bir dəfə, 2022-ci ildə yerinə yetirilib”.

F.Birol qeyd edib ki, "təmiz" enerjiyə ümumi qlobal sərmayə əhəmiyyətli dərəcədə artmaqdadır, lakin inkişaf etməkdə olan bazarlara və ölkələrə ayrılan vəsaitin həcmi 2015-ci ildən bəri ümumi məbləğin 15 %-ni təşkil edərək “dəyişməz qalıb”. Onun sözlərinə görə, hazırda bu, təxminən 250 milyard ABŞ dolları təşkil edir: “Beləliklə, mənim fikrimcə, bu, iqlim hədəfimizə çatmaq yolumuzdakı qüsur xəttidir. Bu, Azərbaycandan və digər ölkələrdən olan həmkarlarımızla yüksək səviyyəli dialoqlarımız üçün əsas mövzu olacaq”.

Son xəbərlər

Orphus sistemi