Universitetlər tələbələri təşəbbüslərində dəstəkləməli və davamlı ekoloji kampusların qurulması əsas hədəf olmalıdır.
"Report" xəbər verir ki, bunu Bahçeşehir Universitetinin rektoru Esra Hatipoğlu COP29 "Yaşıl Zona"sında keçirilən "İqlim dəyişmələrinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
O, çıxışında universitetlərin gələcək nəsillərin iqlim məsələləri barəsində maarifləndirilməsinə töhfə verəcəyini hesab etdiyini bildirib: "Ali məktəblər bu mövzu ilə bağlı təcrübə və məlumatlarını artırmalıdır: “İqlim dəyişiklikləri ilə bağlı mütəmadi keçirdiyimiz seminarlara tələbələrdən əlavə vətəndaşlar da gələ bilir".
"GEDU Global Education"un baş icraçı direktoru Vişvadjit Rana isə çıxışında COP29-un eneri keçidi olduğunu vurğulayıb: "Yaşadığı yerdən asılı olmayaraq, hər kəs yeni texnologiyalardan istifadə edərək daha dayanıqlı gələcəyə keçid edə bilər".