Dünya Bankı: Nazirlərin Bakı görüşü iqlimə uyğunlaşma islahatlarının təşviqində mühüm rol oynayacaq

Dünya Bankı: Nazirlərin Bakı görüşü iqlimə uyğunlaşma islahatlarının təşviqində mühüm rol oynayacaq Bugünkü müzakirələr iqlimə həssas olan ölkələrə daha effektiv dəstəyin göstərilməsini nəzərdə tutan islahatların təşviqində əsas rol oynayacaq.
COP29
11 Oktyabr , 2024 12:47
Dünya Bankı: Nazirlərin Bakı görüşü iqlimə uyğunlaşma islahatlarının təşviqində mühüm rol oynayacaq

Bugünkü müzakirələr iqlimə həssas olan ölkələrə daha effektiv dəstəyin göstərilməsini nəzərdə tutan islahatların təşviqində əsas rol oynayacaq.

"Report" xəbər verir ki, bunu Dünya Bankı Qrupunun iqlim dəyişikliyi üzrə qlobal direktoru Cennifer Sara Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.

"İqlim və inkişaf məsələləri Dünya Bankının fəaliyyətində əsas yer tutur. Bizim baxışımız planetdə yoxsulluğun aradan qaldırılmasını əhatə edir. Qlobal istiləşmənin artması ilə əlaqədar intensiv və ekstremal təbiət hadisələri ilə getdikcə daha çox üzləşirik, onların təsiri həssas ölkələr və icmalara qeyri-mütənasib şəkildə güclü təsir göstərir, Dayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləyişə xələl gətirir”, – o bildirib.

C.Saranın sözlərinə görə, iqlim dəyişikliyi və onun səbəb olduğu təbii fəlakətlərdən daha çox əhalinin yoxsul təbəqəsi əziyyət çəkir.

“Onlar xüsusilə sosial müdafiə sistemləri zəif olan regionlarda yoxsulluğun cənginə düşürlər. Yoxsul ev təsərrüfatları tez-tez səhiyyə və təhsil xərclərinin azaldılması və s. mübarizə mexanizmlərinə əl atırlar. Bütün bunlar uzunmüddətli perspektivdə onların həyatına mənfi təsir göstərir. Buna görə də bugünkü iqlim və inkişaf üzrə nazirlərin görüşü həssas ölkələrə daha effektiv dəstəyin göstərilməsi üçün islahatların təşviqində əsas rol oynayacaq. Nəzərə almaq lazımdır ki, bu dövlətlər qlobal emissiyalarda daha az paya malik olsa da, onların əhalisi iqlim dəyişikliyinin qeyri-mütənasib ağır təsirləri ilə üzləşir”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi