COP29 Əməliyyat Şirkəti: Bakı Olimpiya Stadionunda "Mavi Zona"nın 95 %-i tamamlanıb

COP29 Əməliyyat Şirkəti: Bakı Olimpiya Stadionunda "Mavi Zona"nın 95 %-i tamamlanıb Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi Bakı Olimpiya Stadionunda "Mavi Zona"nın 95 %-i tamamlanıb.
COP29
21 Oktyabr , 2024 14:56
COP29 Əməliyyat Şirkəti: Bakı Olimpiya Stadionunda Mavi Zonanın 95 %-i tamamlanıb

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi Bakı Olimpiya Stadionunda "Mavi Zona"nın 95 %-i tamamlanıb.

"Report" xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü İsmayıl İsayev bildirib.

Onun sözlərinə görə, "Mavi zona" sessiyalar üzrə tədbirlərin həyata keçirilməsinə tam hazırdır: "Bu zona BMT-nin tam nəzarətində olacaq".

Bundan başqa, İ.İsayev deyib ki, COP29 Sədrliyinin təşkil etdiyi "Yaşıl Zona" dünyanın ən mühüm iqlim konfransını ziyarət edəcək qonaqların bu istiqamətdə fəaliyyətini genişləndirmək və iqlim dəyişmələrində individual dialoqu təşviq etmək üçün fəaliyyət göstərəcək: "Bu zona üçün müəyyən günlərdə biletlər ödənişsiz şəkildə satışa çıxarılacaq, ora ictimaiyyət üçün açıq olacaq. "Yaşıl Zona" müxtəlif sektor nümayəndələrinə konstruktiv dialoq aparmaq və səmərəli əməkdaşlıq əlaqələri qurmaq üçün dinamik imkanlar yaradan inklüziv məkandır. Bu zona əməkdaşlıq əlaqələrinin qurulmasına kömək edəcək, həm dövlət, həm də özəl sektorun fəal və həlledici iştirakını təşviq edəcək, qlobal iqlim böhranı ilə mübarizə üçün həll yollarını, müasir texnologiya, qabaqcıl innovasiya və sahibkarlıq təşəbbüslərini nümayiş etdirəcək".

Son xəbərlər

Orphus sistemi