COP28-in sədrliyi COP29-un sədrliyi ilə birgə Bakıda keçiriləcək iqlim konfransına hazırlıq çərçivəsində ilin ilk nümayəndə heyətləri rəhbərlərinin görüşünü keçirib.
“Report”un məlumatına görə, bu barədə COP28-in “X” hesabında məlumat yerləşdirilib.
"COP28-in sədrliyi COP29 ilə birlikdə ilin ilk nümayəndə heyətləri rəhbərləri görüşünü keçirdi. Biz BƏƏ Konsensusunu həyata keçirmək və Bakıda baş tutacaq COP29-da güclü nəticələr əldə etmək üçün zəmin yaratmaq məqsədilə il boyu bütün tərəflərlə sıx işləməyə davam edəcəyik”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək.
The COP28 Presidency co-hosted this year's first Heads of Delegation meeting alongside the @COP29_AZ Incoming Presidency. We'll continue to work closely with all Parties throughout the year to implement the UAE Consensus and build the foundation for strong outcomes at COP29 in… pic.twitter.com/N108nVXZdf