Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi Orta Dəhlizin cənub qolunda yük axınının artmasına səbəb olacaq - EKSKLÜZİV

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi Orta Dəhlizin cənub qolunda yük axınının artmasına səbəb olacaq - EKSKLÜZİV Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi Orta Dəhlizin cənub qolunda yük axınının artmasına səbəb olacaq.
COP29
20 Noyabr , 2024 16:27
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi Orta Dəhlizin cənub qolunda yük axınının artmasına səbəb olacaq - EKSKLÜZİV

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi Orta Dəhlizin cənub qolunda yük axınının artmasına səbəb olacaq.

Bu barədə “Report”a açıqlamasında Qırğızıstan nəqliyyat və kommunikasiya nazirinin müavini Bekjan Rısmendeyev bildirib.

"Qırğızıstan ərazisindən Orta Dəhlizin cənub qolu keçir. Ona, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu da deyilir. Biz, Orta Dəhliz çərçivəsində hazırda yaxın vaxtlarda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi layihəsini həyata keçirməyi planlaşdırırıq. Bu, Qırğızıstanın və bütövlükdə regionun tranzit potensialını artıracaq çox böyük bir layihədir", - B. Rısmendeyev qeyd edib.

Qeyd edək ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun uzunluğu 454 km olacaq. O, Çin və Özbəkistan dəmir yollarını Qırğızıstan ərazisi vasitəsilə birləşdirəcək və daha sonra Türkmənistan, İran və Türkiyədən keçəcək. Dəmir yolunun tikintisinin 5 il çəkəcəyi planlaşdırılır. Çin onun tikintisinə 2,35 milyard ABŞ dolları ayırır.

Son xəbərlər

Orphus sistemi