Cavid Abdullayev: “COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun bariz göstəricidir”

Cavid Abdullayev: “COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun bariz göstəricidir” BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi miqyasına görə heç də BMT-nin Baş Assambleyasından geri qalmayan bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun ən bariz göstəricilə
COP29
17 Yanvar , 2024 11:19
Cavid Abdullayev: “COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun bariz göstəricidir”

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi miqyasına görə heç də BMT-nin Baş Assambleyasından geri qalmayan bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun ən bariz göstəricilərindən biridir.

Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Report”a müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyü, eyni zamanda Qoşulmama Hərəkatında sədrliyi ilə paralel, bu, Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biridir: “Bizim hazırkı planlarımızda olan istehsal həcmlərinin artması bizə xaricdə, daha çox Avropada “yaşıl enerji”nin alıcılarının müəyyənləşdirilməsi istiqamətində qarşımıza çox ciddi hədəflər qoyur və bu oyunçuların hər biri həmin tədbirdə iştirak edəcək. Təbii ki, bununla bağlı da bizim planlarımız var və Azərbaycanın “yaşıl enerji” sahəsində investisiya cəlbediciliyini təqdim etmək üçün çox gözəl bir platforma olacaq”.

C. Abdullayevin sözlərinə görə, bu, sıradan bir konfrans olmayacaq: “O, kifayət qədər qlobal foruma çevrilməyi vəd edir və qlobal forum çərçivəsində də təbii ki, bizim geniş imkanlarımız olacaq ki, həyata keçirdiyimiz layihələri təqdim edək, yeni layihələri müəyyən edək və ən əsası isə ixrac marşrutlarımızın uğurunu təmin edək”.

Cavid Abdullayevin “Report”a geniş müsahibəsini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi