BMT Baş Assambleyasının sədri: Sülh danışıqlarında irəliləyişlərə nail olunacağına ümid edirəm

BMT Baş Assambleyasının sədri: Sülh danışıqlarında irəliləyişlərə nail olunacağına ümid edirəm Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə böyük uğurlar əldə edib.
COP29
15 Mart , 2024 10:23
BMT Baş Assambleyasının sədri: Sülh danışıqlarında irəliləyişlərə nail olunacağına ümid edirəm

Baş Assambleya Azərbaycanı dəstəkləyir və Ermənistanla sülh danışıqları prosesinin bərpasını alqışlayır.

“Report” xəbər verir ki, bu barədə BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensisin XI Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində qeyd edilib.

O vurğulayıb ki, Azərbaycan və Ermənistan liderlərinin Münxendə bu yaxınlarda keçirdiyi görüşlər, ardınca Berlində bu ölkələrin xarici işlər nazirlərinin görüşü sülhə nail olmaq üçün atılan addımlardır:

“Hər iki dövlətin liderlərinin sülh və təhlükəsizlik istiqamətində atdıqları addımlarını yüksək qiymətləndirirəm və sülh danışıqlarında daha da irəliləyişlərə nail olunacağına ümidvaram”.

Son xəbərlər

Orphus sistemi