Bərpa olunan enerji sahəsində hədəflərə çatmaq üçün tələb olunan investisiyanın məbləği açıqlanıb

Bərpa olunan enerji sahəsində hədəflərə çatmaq üçün tələb olunan investisiyanın məbləği açıqlanıb Bərpa olunan enerji sahəsində hədəflərə çatmaq üçün "yaşıl enerji" ilə bağlı öhdəliklər milli siyasət və proqramlara çevrilməlidir.
COP29
15 Noyabr , 2024 11:37
Bərpa olunan enerji sahəsində hədəflərə çatmaq üçün tələb olunan investisiyanın məbləği açıqlanıb
Françesko La Camera

Bərpa olunan enerji sahəsində hədəflərə çatmaq üçün "yaşıl enerji" ilə bağlı öhdəliklər milli siyasət və proqramlara çevrilməlidir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Camera COP29 çərçivəsində təşkil olunmuş "Mərkəzi Asiya üçün COP29 Enerjiyə Keçid İnvestisiya Forumu"nda bildirib.

"Bərpa olunan enerji sahəsində hədəflərə çatmaq üçün "yaşıl enerji" ilə bağlı 29 öhdəliyin konkret icrasını milli siyasət və proqramlara çevirmək lazımdır. Saxlama daxil olmaqla, şəbəkə və çeviklik üçün milli hədəflərə ehtiyacımız var. Bu istiqamətdə maliyyələşdirmə, xüsusilə enerji bazarı və inkişaf etməkdə olan iqtisadiyyatlar üçün daha yaxşı şərtlərlə mümkün və əlçatan olmalıdır. 2030-cu ilə qədər bərpa olunan enerji, şəbəkələr, çeviklik, enerji səmərəliliyi və anbarları üçün 31,5 trilyon ABŞ dolları tələb olunur", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi