Baş danışıqçı: Günəş enerjisi potensialının 60 %-i Afrikada cəmləşsə də, bu sahəyə qoyulan investisiyaların cəmi 1 %-i Afrikanın payına düşür

Baş danışıqçı: Günəş enerjisi potensialının 60 %-i Afrikada cəmləşsə də, bu sahəyə qoyulan investisiyaların cəmi 1 %-i Afrikanın payına düşür İqlim maliyyəsinin formalaşdırılması prosesinə özəl sektorun cəlb edilməsi sahəsində böyük boşluq var.
COP29
23 Sentyabr , 2024 17:53
Baş danışıqçı: Günəş enerjisi potensialının 60 %-i Afrikada cəmləşsə də, bu sahəyə qoyulan investisiyaların cəmi 1 %-i Afrikanın payına düşür

İqlim maliyyəsinin formalaşdırılması prosesinə özəl sektorun cəlb edilməsi sahəsində böyük boşluq var.

Bu barədə “Report”a müsahibəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev danışıb.

O qeyd edib ki, özəl sektor iqlim məsələlərində üç əsas rolda çıxış edir:

“Birinci məsələ şirkətlərin fəaliyyətlərində ətraf-mühit amilini nəzərə almasıdır, bəzi şirkətlər bunu edirlər və digərləri də onlardan nümunə götürür. İkinci məsələ korporativ sosial məsuliyyətdir, yəni şirkət həyata keçirdiyi kommersiya fəaliyyətindən pul qazanır və qazandığı pulun müəyyən hissəsini iqlimlə bağlı layihələrə xərcləyir. Üçüncü ən vacib amil isə investisiya faktorudur. Burada çox böyük bir boşluq var və həmin boşluğun əsas səbəblərindən biri də bəzən düzgün olmayan risk qiymətləndirməsidir”.

Y.Rəfiyevin sözlərinə görə, özəl sektor təmsilçiləri inkişaf etməkdə olan dövlətlərə investisiya yatırmaq istəyirlər, ancaq əgər o dövlətdə qoyulan investisiyanın davamlılığı ilə bağlı bir risk görürlərsə, planlarından çəkinirlər:

“Məsələn, dünya günəş enerjisi potensialının 60 %-i Afrikada cəmləşib, amma dünyada günəş enerjisinə qoyulan investisiyaların cəmi 1 %-i Afrikanın payına düşür. Bu da ona görədir ki, həmin özəl sektor təmsilçiləri Afrikaya vəsait qoymağı riskli hesab edirlər. Azərbaycanın təsis edəcəyi fond (İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu) məhz buna xidmət edir. Yəni Fond özəl sektorun inkişaf etməkdə olan ölkələrə olan investisiya qoyuluşları üçün zəmanət təmin edəcək”.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi