Baş danışıqçı: Azərbaycanın COP-a ev sahibliyi etməsinin tənqid obyekti olmasını ədalətli hesab etmirik

Baş danışıqçı: Azərbaycanın COP-a ev sahibliyi etməsinin tənqid obyekti olmasını ədalətli hesab etmirik Neft ixrac edən ölkənin COP-a ev sahibliyi etməsi qiymətləndiriməli olan məsələdir.
COP29
23 Sentyabr , 2024 15:34
Baş danışıqçı: Azərbaycanın COP-a ev sahibliyi etməsinin tənqid obyekti olmasını ədalətli hesab etmirik

Neft ixrac edən ölkənin COP-a ev sahibliyi etməsi qiymətləndirməli olan məsələdir.

Bunu “Report”a müsahibəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.

“Əvvəlki bir çox COP-lara da neft istehsal edən ölkələr ev sahibliyi edib. Bunun tənqid obyekti olmasını biz ədalətli hesab etmirik. Çünki bu, əksinə, qiymətləndirilməli olan bir addımdır. Neft-qaz istehsal edən ölkələr bu addımı atırlarsa, onlar üzərlərinə böyük bir məsuliyyət götürürlər”,-Y.Rəfiyev vurğulayıb.

Baş danışıqçının sözlərinə görə, Azərbaycanın bu tənqidlərə cavabı ondan ibarətdir ki, Azərbaycan indiyədək əldə etdiyi vəsaiti çox ağıllı şəkildə istifadə edib, həm bərpa olunan enerji mənbələrinə investisiya qoyub, həm əhalinin rifah halının yaxşılaşdırılmasına diqqət göstərib:

“Bunlar tənqid olunmalı deyil, yalnız qiymətləndirilməlidir. Məhz COP29 kontekstinə baxdıqda görərik ki, Azərbaycan COP29-un ev sahibi seçiləndən sonra “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulub və özünə öhdəlik götürüb ki, növbəti illər ərzində metan emissiyasını ciddi miqdarda azaldacaq. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2050-ci ilə qədər xalis sıfır hədəfini elan edib. Bunun özü də böyük addımıdır. Nəhayət, Azərbaycan elan edib ki, 2030-cu ilə qədər öz enerji balansında bərpa olunan enerjinin payı 30 %-ə çatacaq”.

Müsahib hesab edir ki, bunların hər biri Azərbaycanın enerji keçidi ilə bağlı hədəflərə nail olmaqda qətiyyətli olduğunu göstərir:

“Mədən yanacağı istehsal və ixrac etməyimizə baxmayaraq, qazandığımız vəsaitin təyinatı iqlimlə bağlı hədəflərimizə nail olmağa doğru getməyimizə kömək edir”.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi