ABŞ rəsmisi: "Bərpa olunan enerjiyə keçiddə əsas çətinlik ötürücü sistemləri inkişaf etdirməkdir"

ABŞ rəsmisi: "Bərpa olunan enerjiyə keçiddə əsas çətinlik ötürücü sistemləri inkişaf etdirməkdir" Bərpa olunan enerji mənbələrinə keçid prosesində əsas çətinlik ötürücü sistemlərin inkişaf etdirilməsidir.
COP29
15 Noyabr , 2024 17:08
ABŞ rəsmisi: Bərpa olunan enerjiyə keçiddə əsas çətinlik ötürücü sistemləri inkişaf etdirməkdir

Bərpa olunan enerji mənbələrinə keçid prosesində əsas çətinlik ötürücü sistemlərin inkişaf etdirilməsidir.

"Report" xəbər verir ki, bunu ABŞ Dövlət Katibinin Enerji Resursları üzrə köməkçisi Geofrey Pyatt bildirib.

Onun sözlərinə görə, küləkli və günəşli bölgələrdən enerjinin daşınması üçün böyük sərmayələr tələb olunur, bu isə çox vaxt diqqətdən kənarda qalır.

"ABŞ-nin təmiz enerji sektoruna yatırdığı sərmayələr, o cümlədən İnflyasiya Azaldılması Aktı çərçivəsində və ikitərəfli infrastruktur qanunları ilə həyata keçirilən layihələr, gələcəkdə dayanıqlı və təhlükəsiz enerji sistemlərinin qurulmasında mühüm rol oynayacaq", - deyə qonaq qeyd edib.

Bununla yanaşı, G.Pyatt Cənub Qaz Dəhlizini misal çəkərək, bu layihənin Avropaya qeyri-Rusiya qazını çatdırmaq məqsədilə tikilmiş ilk yeni infrastruktur olduğunu qeyd edib.

O bildirib ki, bu layihə ABŞ və Avropa İttifaqının birgə səyləri nəticəsində həyata keçirilib və gələcək enerji infrastrukturunun inkişafı üçün eyni və davamlı diqqətə ehtiyac var.

Son xəbərlər

Orphus sistemi