Səfir: "Azərbaycan və Hollandiya iqtisadi-ticarət əməkdaşlığını artırır"

Səfir: "Azərbaycan və Hollandiya iqtisadi-ticarət əməkdaşlığını artırır" Azərbaycanla Hollandiya arasında ticari-iqtisadi əlaqələr uğurla inkişaf edir və tərəflər əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
Biznes
25 Aprel , 2019 11:18
Səfir: Azərbaycan və Hollandiya iqtisadi-ticarət əməkdaşlığını artırır
Report

"Azərbaycanla Hollandiya arasında ticari-iqtisadi əlaqələr uğurla inkişaf edir və tərəflər əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır".

"Report" xəbər verir ki, bunu Hollandiyanın Azərbaycandakı səfiri Onno Kervers ölkəsinin milli bayramı - Kral Gününə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, Hollandiya iqtisadi-ticarət əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin tezliklə imzalanmasını dəstəkləyir.

"Əvvəllər iqtisadi əlaqələrimizin əsas göstəriciləri neft-qaz sənayesi idi. İndi isə Azərbaycan iqtisadiyyatını diversifikasiya etdikdən sonra diqqəti kənd təsərrüfatı sektoruna yönəltmişik. Bildiyiniz kimi, Hollandiya kənd təsərrüfatı məhsullarının ixracında dünayda ABŞ-dan sonra ikinci yeri tutur. Bu sahədəki təcrübəmizi Azərbaycan tərəfi ilə bölüşməyə hazırıq", - səfir vurğulayıb.

Diplomat həmçinin deyib ki, bu ilin iyun ayında Hollandiyanın ticarət missiyasının Bakıya gələcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi