Millət vəkili: "Azərbaycanda mühasiblərin peşəkarlıq səviyyələri o qədər də yüksək deyil"

Millət vəkili: "Azərbaycanda mühasiblərin peşəkarlıq səviyyələri o qədər də yüksək deyil" Mühasibatlıqda bu qədər hesabatlığa çıxan nöqsanların sayının çox olması Azərbaycanda mühasiblərin peşəkarlıq səviyyələrin o qədər yüksək olmadığını deməyə əsas verir.
Biznes
5 Aprel , 2019 13:23
Millət vəkili: Azərbaycanda mühasiblərin peşəkarlıq səviyyələri o qədər də yüksək deyil
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Tahir Mirkişili / Report
0 : 00
0 : 00

"Mühasibatlıqda bu qədər hesabatlığa çıxan nöqsanların sayının çox olması Azərbaycanda mühasiblərin peşəkarlıq səviyyələrin o qədər yüksək olmadığını deməyə əsas verir".

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatın parlamentdə təqdimatı zamanı bildirib.

“Bütövlükdə bu gün dünyada mühasibatlıq uçotunun inkişafında ən mühüm rol oynayan mühasibatlığın daha da sadələşdirilməsi və elektronlaşdırılmasıdır. Çünki həddindən artıq sayda müxtəlif formada qaydaların olması, kağız formasında aparılan elektron mühasibatlığın olması son nəticədə mühasibatlıqda nöqsanların sayının artmasına və auditdə müəyyən çətinliklərin yaranmasına səbəb olur”, - T.Mirkişili əlavə edib.

Son xəbərlər

Orphus sistemi