İlham Əliyev: “Ötən il Azərbaycanda 118 min daimi iş yeri açılıb”

İlham Əliyev: “Ötən il Azərbaycanda 118 min daimi iş yeri açılıb” Bakı. 11 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycan 3-cü peykini orbitə buraxıb, Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi işə düşüb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyətə başlayıb.
Biznes
11 Yanvar , 2019 15:05
İlham Əliyev: “Ötən il Azərbaycanda 118 min daimi iş yeri açılıb”

Bakı. 11 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycan 3-cü peykini orbitə buraxıb, Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi işə düşüb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

Ötən ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən dövlət başçısı əsas iqtisadi göstəriciləri də açıqlayıb. O deyib ki, 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı 1,4% artıb, o cümlədən qeyri-neft sektoru 1,8%, sənaye sektoru 1,5%, kənd təsərrüfatı sektoru isə 4,6% böyüyüb. Ölkənin valyuta ehtiyatları 45 mlrd. ABŞ dollarına çatıb, 118 min daimi iş yeri yaradılıb.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil BabayevDövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ediblər.

Son xəbərlər

Orphus sistemi