Dövlət Gömrük Komitəsində iş adamları ilə görüş keçirilib

Biznes
  • 19 oktyabr, 2018
  • 12:05
Dövlət Gömrük Komitəsində iş adamları ilə görüş keçirilib
customs.gov.az

Bakı. 19 oktyabr. REPORT.AZ/  Bugün Dövlət Gömrük Komitəsində (DGK) iş adamları ilə “Gömrük prosedurlarının sadələşdirilməsiüzrə təşəbbüslər” mövzusunda görüş keçirilib. 

Bu barədə “Report”a DGK-nın Mətbuatxidmətindən məlumat verilib.

Gömrük-biznesəməkdaşlığı çərçivəsində təşkil olunan görüşdə DGK sədri Səfər Mehdiyev, Komitəsədrinin müavinləri, Baş İdarə rəisləri, aidiyyəti qurumların əməkdaşları və“yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən sahibkarlar iştirak edib.

Sahibkarlarqarşısında çıxış edən S.Mehdiyev bildirib ki, hazırda Azərbaycan Prezidentiİlham Əliyev tərəfindən daxili istehsalın, ölkənin ixrac və tranzitpotensialının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçünislahatlar həyata keçirilir. Bu islahatlar çərçivəsində gömrük orqanlarıqarşısında gömrük-biznes münasibətlərinin beynəlxalq standartlara uyğun şəkildətənzimlənməsi, şəffaflığın tam təmin olunması, korrupsiya hallarının aradanqaldırılması, bir sözlə, münbit ticarət mühitinin yaradılması məqsədilə mühüm vəzifələrqoyulub.

Qeyd edilən vəzifələrin icrası istiqamətində gömrükorqanlarının informasiya texnologiyalarından və elmin müasir nailiyyətlərindənyararlandığını söyləyən S.Mehdiyev ticarətin asanlaşdırılması, biznessubyektlərinin məmnuniyyətinin maksimum dərəcədə təmin olunması istiqamətindəinnovativ layihələrin, yeni tətbiqlərin həyata keçirildiyini deyib. Bu yeniliklərdənbirinin də “yaşıl dəhliz” buraxılış sisteminin olduğunu, artıq 60-a qədərbiznes subyektinin “yaşıl dəhliz”dən istifadə etdiyini diqqətə çatdıran Komitəsədri sistemin faydaları barədə də məlumat verib.

Bildirilib ki, “yaşıl dəhliz” buraxılış sistemininimkanlarından yararlanan iş adamları mal və nəqliyyat vasitələri gömrük ərazisinəgətirilmədən öncə birbaşa öz ofislərindən və ya internetə çıxışı olan hər hansıməkandan qısa idxal bəyannamələrini elektron qaydada təqdim etməklə risklərinidarə olunması sisteminin tətbiqi ilə idxal etdikləri mal və nəqliyyat vasitələrinianbarlarına apara bilərlər. Bu isə vaxt itkisinin, əlavə xərclərin, məmur-vətəndaştəmasının aradan qaldırılmasına, ticarətin asan və sürətli şəkildə həyatakeçirilməsinə imkan verir. Üstəlik, bu və digər layihələr gömrük orqanları iləbiznes nümayəndələri arasında qarşılıqlı inam və etibarın təmin olunmasına şəraityaradır.

DGK sədriqeyd edib ki, “yaşıl dəhliz” sisteminin tətbiqi zamanı istər gömrük orqanları,istərsə də sahibkarlar müəyyən problemlərlə üzləşir. Lakin səmərəli və işgüzardialoqlar vasitəsilə çatışmazlıqların aradan qaldırılması mümkündür. Komitə sədrisistemdən istifadə edən şəxslərin bəzi hallarda qısa idxal bəyannamələrinigömrük orqanlarına təqdim etmədiklərini, bu kimi halların aradanqaldırılmasının vacibliyini diqqətə çatdırıb.

O da qeyd olunub ki, qısa idxal bəyanamələrinin düzgündoldurulması və təqdim edilməsi, “yaşıl dəhliz” sistemilə bağlı digərprosedurların qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi üçün gömrükorqanları sahibkarlara təmənnasız dəstək göstərəcək. Sistemin istərsahibkarlar, istərsə də gömrük orqanları üçün üstünlüklərilə yanaşı, məsuliyyətinində böyük olduğunu vurğulayan Səfər Mehdiyev tələb olunan prosedurların düzgünşəkildə yerinə yetirilməsi barədə fikir və tövsiyələrini də diqqətə çatdırıb.

Görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onlarınsualları cavablandırılıb və problemlərin operativ qaydada həll edilməsi istiqamətindətapşırıqlar verilib.

Sonda “yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı videoçarxnümayiş olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti