Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün
DGK-dan “Report”a verilən məlumata görə, S.Mehdiyev Niderlandla Azərbaycan arasında əməkdaşlıq əlaqələrindən məmnunluqla bəhs edib, tərəflər arasında bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.
Prezident
Şəffaflığın tam təmin olunması və korrupsiyaya qarşı qətiyyətli mübarizə çərçivəsində mühüm addımların da atıldığı və nəticədə büdcə daxilolmalarının nəzərəçarpacaq dərəcədə artdığı diqqətə çatdırılıb."Yaşıl dəhliz" buraxılış sistemi və digər mütərəqqi layihələrin tətbiqi hesabına idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirildiyi, biznes subyektlərinə münbit şərait yaradıldığı bildirilib.
Azərbaycan və Niderland gömrük xidmətləri arasında mövcud əməkdaşlıqdan da söhbət açan DGK sədri S.Mehdiyev əlaqələrin daha da intensivləşdirilməsinin, ticarət dövriyyəsinin artırılması istiqamətində səylərin daha da gücləndirilməsinin vacibliyinə toxunub, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.
O.Kervers ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Ölkələrimiz arasında gömrük müstəvisində münasibətlərin inkişaf tempindən danışan diplomat əlaqələrin daha da intensivləşdirilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıb, gömrük xidmətlərinin qarşılıqlı təcrübə mübadiləsinin birgə fəaliyyət mexanizminə müsbət təsirindən bəhs edib.
Səfir O.Kervers Azərbaycan və Niderland gömrük xidmətlərinin qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.