DGK sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək

DGK sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək Bakı. 23 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev oktyabrın 26-da saat 11:00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində (20 yanvar küç.172) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Biznes
23 Oktyabr , 2018 14:36
DGK sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev / Report

Bakı. 23 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev oktyabrın 26-da saat 11:00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində (20 yanvar küç.172) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitədən “Report”a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Mingəçevir şəhərinin, Şəki, Oğuz, Qəbələ rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsi, Yevlax gömrük postu (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi