Yuxarı

Bakıdan Avropaya ilk konteyner qatarı yola salınacaq

Bakıdan Avropaya ilk konteyner qatarı yola salınacaq

Çinin Xi’an şəhərindən Çex Respublikası paytaxtı Praqaya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TİTR) vasitəsilə 42 konteyner daşıyacaq qatar Bakı – Tbilisi – Qars yolu ilə, daha sonra da Bosfor (İstanbul) boğazı altından keçən “Marmaray” xətti vasitəsilə Avropaya gedəcək ilk yük qatarı olacaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 5-də İstanbulda qarşılanma mərasimi keçiriləcək qatar “China Railway Express”ə məxsusdur.

Operatoru "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi" Assosiasiyası olan marşrut TİTR-in üzvü olan Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçir.

Qeyd edək ki, aprel ayında Pekində keçirilən “Bir kəmər, bir yol” (“Belt and Road”) Beynəlxalq İqtisadi forumu zamanı TİTR Assosiasiyasına daxil olan “ADY Container LLC” ilə Çinin “Xi”an Continental Bridge International Logistics” şirkəti arasında imzalanan müqaviləyə əsasən, tərəflər cari ilin sonunadək 30 konteyner qatarı yola salmağı öhdəliklərinə götürüblər. Bu qatarların 20-si artıq göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi