Yevlax Pilot Aqroparkdan ilk dəfə məhsul ixrac ediləcək

Yevlax Pilot Aqroparkdan ilk dəfə məhsul ixrac ediləcək İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC ilk dəfə Qırğızıstana ting məhsulları ixrac edəcək.
Biznes
12 Oktyabr , 2022 15:40
Yevlax Pilot Aqroparkdan ilk dəfə məhsul ixrac ediləcək

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC ilk dəfə Qırğızıstana ting məhsulları ixrac edəcək.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, bu ay ixraca dair imzalanmış müqaviləyə əsasən, şirkət Qırğızıstana ümumilikdə 40 min gilas, badam və nektarin tingi göndərməyi planlaşdırır.

Növbəti mərhələdə isə, Gürcüstana 100 min qoz tinginin, Rusiyaya isə 150 min ədəd alma, gilas və nektarin tinginin ixracı nəzərdə tutulur.

“İSFA” aqroparkın ərazisində meyvə bağları, tinglik salıb və bu istiqamətdə işlər davam etdirilir. Şirkətin əkin sahəsinin 40 hektarını meyvə bağları, 10 hektarını isə tingçilik təsərrüfatı təşkil edəcək. Artıq 20 hekatarlıq parselin 4 hektarında tezyetişən gilas, 2 hektarında ərik, 6 hektarında nektarin və şaftalı, 1 hektarında isə alça ağacları əkilib. 5 hektar ərazidə isə 500 min tingin yetişdirilməsi üçün 500 min calaqaltı əkilib və tam avtomatik suvarma sistemi quraşdırılıb. Aqroparkda yerləşən təsərrüfatında ilkin mərhələdə 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.

Son xəbərlər

Orphus sistemi