Yaponiyanın “SoftBank” qrupu ABŞ-da süni intellekt (AI) sənaye parkları yaratmağı planlaşdırır və 1 trilyon dollardan çox investisiya yatırmağı düşünür.
“Report” xəbər verir ki, bu barədə “Nikkei” biznes qəzeti yazıb.
“SoftBank”ın təsisçisi və icraçı direktoru Masayoşi Sonun ölkədə işçi çatışmazlığını aradan qaldırmaq üçün avtonom süni intellekt robotlarından istifadə edəcək parklar haqqında fikirlərini müzakirə etmək üçün ABŞ-yə səfər edəcəyi gözlənilir.
Yanvarda məlum olub ki, yapon şirkəti və onun Amerikanın “OpenAI”, “Oracle” və BƏƏ dövlət investisiya şirkəti “MGX” formasında tərəfdaşları “ChatGPT”nin tərtibatçısı üçün ABŞ-də məlumat mərkəzlərinin tikintisinə dörd il ərzində 500 milyard dollara qədər sərmayə qoyacaqlar.