Dövlət başçısı: "Yanvarda qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artıb"

Dövlət başçısı: "Yanvarda qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artıb" Bakı. 25 fevral. REPORT.AZ/ Yanvarda qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artıb.
Biznes
25 Fevral , 2019 14:20
Dövlət başçısı: Yanvarda qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artıb

Bakı. 25 fevral. REPORT.AZ/ "Yanvarda qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artıb".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə səsləndirib.

2018-ci ilin dərin iqtisadi islahatlar ili olduğunu deyən dövlət başçısı bildirib: “İlin birinci ayının sosial-iqtisadi göstəriciləri deməyə əsas verir ki, aparılan islahatlar öz gözəl nəticələrini verir. Əgər bu ilin yanvar ayının yekunlarına nəzər salsaq görərik ki, iqtisadi artım, yəni, ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək”.

“Eyni zamanda, son illər ərzində apardığımız uğurlu sənayeləşmə siyasəti öz nəticələrini göstərir. Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalı, təxminən, 14 faiz artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir, bəlkə də birincisidir və onu göstərir ki, sənaye istehsalı sahəsində aparılan işlər, qəbul edilmiş qərarlar bu gün real nəticələrə gətirib çıxarır”, - ölkə başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi