Yanvarda "Azərkosmos"un ixrac gəlirləri 2 milyon dollara çatıb

Yanvarda "Azərkosmos"un ixrac gəlirləri 2 milyon dollara çatıb Bu ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 37 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Biznes
28 Fevral , 2023 12:47
Yanvarda Azərkosmosun ixrac gəlirləri 2 milyon dollara çatıb

Bu ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 37 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

“Report”un İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bu barədə “İxrac İcmalı”nın fevral sayı ilə bağlı statistikasında deyilir.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 80 %-ni təşkil edib.

2023-cü ilin yanvar ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 408,7 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 359,2 min ABŞ dolları ilə Lüksemburq, 270,2 min ABŞ dolları ilə Fransa, 146 min ABŞ dolları ilə BƏƏ, 87,4 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi