Vətəndaşların Qəbulu Mərkəzində 7 mindən çox şəxsə xidmət göstərilib

Vətəndaşların Qəbulu Mərkəzində 7 mindən çox şəxsə xidmət göstərilib Hökumət Evində ötən il iyulun 5-dən fəaliyyətə başlamış Vətəndaşların Qəbulu Mərkəzinə 1 il ərzində 7 mindən çox şəxs müraciət edib.
Biznes
6 İyul , 2023 16:11
Vətəndaşların Qəbulu Mərkəzində 7 mindən çox şəxsə xidmət göstərilib

Hökumət Evində ötən il iyulun 5-dən fəaliyyətə başlamış Vətəndaşların Qəbulu Mərkəzinə 1 il ərzində 7 mindən çox şəxs müraciət edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, müraciətlər əsasən insan hüquqlarının qorunması, dövlət satınalmaları, istehlakçıların müdafiəsi, əqli mülkiyyətin rəsmiləşdirilməsi, subsidiya, əmlak, su təminatı və digər məsələləri əhatə edib. Mərkəzdə vətəndaşların müraciətləri üzrə operativ məsələlər yerindəcə həll olunub, araşdırma tələb edən yazılı müraciətlər qeydiyyata alınaraq aidiyyəti üzrə yönəldilib.

Vətəndaşların Qəbulu Mərkəzində Hökumət Evi inzibati binasında yerləşən dövlət qurumlarının - Ombudsman aparatı, Mədəniyyət, İqtisadiyyat, Kənd Təsərrüfatı və Energetika nazirliklərinin, Əqli Mülkiyyət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndələri təmsil olunur. Burada ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaqlar, “Ana və uşaq otağı” fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi