Valeh Ələsgərov: “Ələt Azad İqtisadi Zonasında 138 hektar ərazi investorlara təqdim ediləcək”
- 05 iyun, 2025
- 15:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu yaxınlarda Ələt Azad İqtisadi Zonasında 138 hektar ərazi investorlara təqdim ediləcək.
“Report” xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının səlahiyyətli orqanının İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında bildirib.
Onun sözlərinə görə, bir çox üstünlükləri sayəsində İqtisadi Zona regionun ən cəlbedici azad iqtisadi zonası hesab olunur: “Bunu artıq mövcud təcrübəmiz də təsdiqləyir. Gələcək investorlar üçün qeyd etmək istərdim ki, hazırda birinci mərhələ üzrə 60 hektar ərazi təqdim etməyə tam hazırıq. Yaxın zamanlarda əlavə olaraq 138 hektar sahə də investorlara təklif olunacaq”.
O əlavə edib ki, təxminən bir il yarım sonra daha 364 hektar ərazi istifadəyə veriləcək:
“Ümumilikdə azad iqtisadi zonanın ərazisi ən azı 6 500 hektardır. Bu isə o deməkdir ki, istənilən şirkətə istənilən həcmdə və ölçüdə sahə təqdim etmək imkanımız mövcuddur”.