UNFCCC: "Azərbaycan bütün dayanıqlı İnkişaf məqsədlərinin reallaşdırılmasında uğur qazanacaq"

Biznes
  • 16 noyabr, 2023
  • 13:43
UNFCCC: Azərbaycan bütün dayanıqlı İnkişaf məqsədlərinin reallaşdırılmasında uğur qazanacaq

Azərbaycan təkcə biomüxtəlifliyin təmin olunmasında deyil dayanıqlı İnkişaf gündəliyində olan bütün məqsədlərin reallaşdırılmasında uğur qazanacaq.

“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) nümayəndəsi, Proqramların koordinasiyası üzrə menecer Sergey Kononov Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda deyib.

"Bu gün biomüxtəliflik qarşısında duran əsas vəzifələrdən biri institusional koordinasiyanın təmin olunmasıdır. Bu forumda çoxsaylı qurumların, nazirliklərin nümayəndələri fəal iştirak edirlər. Görünən odur ki, Dayanıqlı İnkişaf Məqsədləri Azərbaycanda fəal şəkildə tətbiq olunmaqdadır və bu, tamamilə doğru bir yanaşmadır. Bu mənada Azərbaycanın bu sahədən uğur qazanacağına əminəm",- deyə S.Kononov qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti