Üç ölkədən Azərbaycana traktor idxalı bərpa edilib
- 09 fevral, 2023
- 12:09
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 101,763 milyon ABŞ dolları dəyərində 4 min 181 ədəd traktor idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 67 %, kəmiyyət olaraq – 38 % çoxdur.
Hesabat dövründə Azərbaycan Almaniyadan 22,548 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 1 min 57 ədəd (+81 %), Niderlanddan 22,444 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 1 min 79 ədəd (+95,5 %), İsveçdən 11,212 milyon ABŞ dolları dəyərində (+97 %) 553 ədəd (+89,4 %), Belarusdan 10,993 milyon ABŞ dolları dəyərində (-14,6 %) 500 ədəd (+26 %), Fransadan 8,473 milyon ABŞ dolları dəyərində (+5,6 dəfə) 193 ədəd (+3,5 dəfə) texnika alıb.
On il 1 ayın tamamında Özbəkistandan, 2 il 5 aylıq fasilənin ardından Polşadan və 1 il 8 aylıq aradan sonra Finlandiyadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 392,8 min ABŞ dolları dəyərində 20 ədəd, 23 min ABŞ dolları dəyərində 1 ədəd və 62,73 min ABŞ dolları dəyərində 1 ədəd traktor gətirilib.