Bu ilin yanvar-avqust aylarında Türkiyəyə səfər etmiş şəxslərin 1,7 %-ni Azərbaycan vətəndaşları təşkil edib.
“Report” bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istindən xəbər verir.
Məlumata görə, 8 ay ərzində Azərbaycandan Türkiyəyə 557 449 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur
Təkcə avqust ayında isə Türkiyəyə Azərbaycandan 121 114 nəfər gedib ki, bu da 1 il əvvələ nisbətən 58,4 % çoxdur. Azərbaycan vətəndaşları ümumi turist axınında 1,8 % paya malik olub.
Yanvar-avqustda Türkiyəyə ümumilikdə 33,427 milyon nəfər (illik müqayisədə 13,9 % çox), təkcə ötən ay isə 6,661 milyon nəfər (5,6 % çox) səfər edib.
Türkiyəyə ən çox Rusiyadan (4,351 milyon nəfər; 44,8 % çox) ziyarətçi gəlib. Onu Almaniya (4,083 milyon nəfər; 6 % çox) və Böyük Britaniya (2,652 milyon nəfər; 12,4 % çox) izləyib.
Avqustda isə Türkiyəyə ən çox Almaniyadan (871,3 min nəfər; 1,5 % çox), Rusiyadan (852,6 min nəfər; 5,7 % çox) və Böyük Britaniyadan (588,4 min nəfər; 6,9 % çox) insan gəlib.