Türkdilli ölkələr Azərbaycan iqtisadiyyatına 13,5 milyard dollar pul qoyub

Türkdilli ölkələr Azərbaycan iqtisadiyyatına 13,5 milyard dollar pul qoyub “1995-ci ildən 2021-ci ilin I rübünün sonuna qədər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələr Azərbaycan iqtisadiyyatına 13,5 milyard ABŞ dolları pul qoyub. Azərbaycan isə bu ölkələrin iqtisadiyyatına 8,6 milyard dollar investisiya yatır
Biznes
10 Sentyabr , 2021 15:48
Türkdilli ölkələr Azərbaycan iqtisadiyyatına 13,5 milyard dollar pul qoyub

“1995-ci ildən 2021-ci ilin I rübünün sonuna qədər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələr Azərbaycan iqtisadiyyatına 13,5 milyard ABŞ dolları pul qoyub. Azərbaycan isə bu ölkələrin iqtisadiyyatına 8,6 milyard dollar investisiya yatırıb”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov işğaldan azad olunmuş Qarabağ bölgəsinin bərpasına və inkişafına həsr olunmuş Türkdilli Dövlətlərin Biznes Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan IV sənaye inqilabının imkanlarından maksimum yararlanmaq istəyir və bunun üçün əməkdaşlığa tam hazırdır: “Hazırda Zəngəzur dəhlizinin reallaşması istiqamətində fəal iş aparılır. Bu, regionda inkişafa və əlaqələrin genişlənməsinə səbəb olacaq".

Nazir həmçinin əlavə edib ki, biznes-forumda müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları forumda iştirak edir: “Burada nəqliyyat, tikinti, kənd təsərrüfatı və başqa sahələrə aid sahibkarlar var. Əminəm ki, pandemiya imkan versəydi iştirakçıların sayı daha da çox olardı”.

Son xəbərlər

Orphus sistemi