Tailand Azərbaycana düyü ixracını 5 dəfə artırıb
- 09 iyul, 2022
- 13:08
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 4 ayında Azərbaycan xaricdən 15,991 milyon ABŞ dolları dəyərində 20 min 063 ton düyü alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7,1 % artıb, kəmiyyət olaraq – 3,9 % azalıb.
Hesabat dövründə Hindistandan 12,134 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 3,9 % artıb) 13 min 464 ton (-7,6 %), Rusiyadan 1,919 milyon ABŞ dolları dəyərində (+50 %) 3 min 552 ton (+48,1 %), Qazaxıstandan 838,1 min ABŞ dolları dəyərində (-36,3 %) 1 min 657 ton (-44 %), Tailanddan 765,57 min ABŞ dolları dəyərində (+5,8 dəfə) 1 min 018 ton (+5,1 dəfə), Pakistandan 272,31 min ABŞ dolları dəyərində (-42,3 %) 315,1 ton (-51,8 %) məhsul gətirilib.
Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi (25 ölkədən) 46 min 765 ton düyünün 64,6 %-i Hindistanın, 15-% Qazaxıstanın, 13,4 %-i Rusiyanın, 4,8 %-i Pakistanın, 1,7 %-i Tailandın payına düşüb.