"Sony" rekord həddə xalis mənfəət əldə edib

"Sony" rekord həddə xalis mənfəət əldə edib Yaponiyanın texnologiya nəhəngi “Sony” şirkətinin son maliyyə ilində 1,2 trilyon yen (təxminən 11 milyard ABŞ dolları) xalis mənfəəti olub
Biznes
29 Aprel , 2021 09:30
Sony rekord həddə xalis mənfəət əldə edib

Yaponiyanın texnologiya nəhəngi “Sony” şirkəti ötən il aprelin 1-dən bu il aprelin 1-nə qədər davam etmiş son maliyyə ilində 1,2 trilyon yen (təxminən 11 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, əvvəlki maliyyə ilinə nisbətən təxminən 28% çoxdur və yeni rekorddur.

Hesabat dövründə "Sony"nin satışdan gəlirləri 9% artaraq 9 trilyon yenə (təxminən 83 milyard dollar) çatıb.

İngilis versiyası Sony logs record net profit

Son xəbərlər

Orphus sistemi