İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu ilin yanvar-oktyabr aylarında qeyr-neft ixracı üzrə öndə gedən kommersiya qurumlarının adlarını açıqlayıb.
"Report" bu barədə qurumun hazırladığı “İxrac İcmalı”nın noyabr sayına istinadən xəbər verir.
Beləliklə, özəl sektor üzrə qeyri-neft ixracatçılarının reytinqinə “Socar Polymer” MMC rəhbərlik edir. Bundan başqa, il 10-luğa "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin yerli nümayəndəliyi, "Land Lojistic", "MKT İstehsalat Kommersiya", "Sun Food", "Global Trade Group", "Fruit Store", "Baku Steel Company", “Aqrovest” və "Fruit City Group" MMC-lər daxildir.
Dövlət xətti ilə qeyri-neft ixracatçılarının reytinqinə isə həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Növbəti yerlərdə isə "AzerGold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ASC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Kaspian Drilinq Kompani Limited” MMC qərarlaşıb.